Serbiya prezidenti Aleksandr Vuçiç Avropa Şurasında Kosovo məsələsi üzrə səsvermədən sonra Gürcüstan, Azərbaycan, Kipr, Macarıstan, Rumıniya və İspaniyanın gələcəkdə ölkəsinin ən yaxşı dostlarına çevriləcəyini bildirib.
Qeyd edək ki, bir müddət öncə Belqrad Avropa Şurasının Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qətnaməsinə dəyişiklik edilməsini tələb edib. Xüsusilə, Serbiya qətnamənin mətninə “və Avropa Şurasının bütün digər üzv dövlətləri” sözlərinin əlavə edilməsini tələb edir.
“Onlar Moldovanın, Gürcüstanın bütövlüyünü qoruduqlarını deyirlər və biz Avropa Şurasının bütün digər ölkələrinin ərazi bütövlüyünə hörmətlə bağlı düzəliş əlavə etmək istəyirik. Razılaşmasalar, mən Reykyavik sammitinə getməyəcəyəm. Aydındır ki, heç bir prinsip yoxdur. Mən onların birbaşa üzlərinə deyirəm ki, bizi aldatdılar”, – Serbiya prezidenti bildirib.
Xatırladaq ki, ötən ay Avropa Şurası Kosovonun üzvlük müraciətinə baxılması proseduruna başlamaq barədə qərar qəbul edib. Gürcüstan, Azərbaycan, Kipr, Rumıniya və İspaniya qətnaməni dəstəkləməyib.
Mənbə: aspny.ge
www.102info.az