Asiyada ilk dəfə: Yaponiyada NATO ofisi açılacaq

Dünya


Yaponiya Tokioda NATO ilə əlaqə ofisinin açılması üzərində işləyir. O, Şimali Atlantika Alyansının Asiyada ilk ofisi olacaq.

Bu barədə Yaponiyanın ABŞ-dəkı səfiri Koji Tomita məlumat verib.

O, bu barədə Vaşinqtonda Milli Mətbuat Klubunun ev sahibliyi etdiyi tədbirdə NATO-nun Asiyada ilk ofisini açmağı planlaşdırdığı xəbəri ilə bağlı jurnalistin sualını cavablandırarkən danışıb.

“Sizin qeyd etdiyiniz məsələ bizim tərəfdaşlığımızı gücləndirmək üçün üzərində işlədiyimiz işlərdən biridir”, – Yaponiya səfiri bildirib.

Əlaqə bürosunun gələn il açılması gözlənilir. Ofis Çin və Rusiyanın geosiyasi çağırışlarını nəzərə alaraq Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya kimi NATO-nun təhlükəsizlik üzrə tərəfdaşları ilə koordinasiyaya imkan verəcək.

Mənbə: rbc.ua

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir