Yaşları 100-ü ötmüş türk bacılar uzunömürlüklərinin sirlərini bölüşdülər…-FOTOLAR

Dünya

119 yaşlı müsəlman qadın Havva Çevik və 101 yaşlı bacısı Cennet Karagöz  uzun ömürlərinə və yaşlarına rəğmən möhkəm sağlamlıqları ilə ictimaiyyətin diqqətini cəlb ediblər. 

Moderator.az bu haqda Türkiyənin “HaberQlobal” nəşrinə istinadla xəbər verir.Yaşları əsri ötmüş hər iki türk xanım  Antaliyanın Serik bölgəsinin meşəlik zonasında yaşayır. Yaşlarına baxmayaraq müsəlman qadınlar özlərinin əsas ehtiyaclarını  həll edə bilirlər. Havvanın 6 övladından 13, Cennetin isə  8 övladından 22 nəvəsi  var.  İndi onlar uzun ömürlərinin sirlərini nəvə-nəticələri ilə bölüşməkdən  həzz alırlar. 

Bütün həyatları boyu riayət etdikləri əsas qaydalardan biri – bulqur, evdə hazırlanmış qatıq, ayran, traxana (buğda və turşumuş südün qarışıqından hazırlanan  xüsusi qida) yeməkdir. Həm də uzun ömürlərinin çoxunu qadınlar çoban kimi işləyiblər – istənilən hava şəraitində mal-qara otarıb, piyada uzun məsafələr gəziblər.  
Havva Çevik yaxşı və xoşbəxt bir həyat keçirdiklərini söyləyir. “Biz şam ağaclarının altında qatıqla yaşamışıq” -deyə müsəlman qadın zarafat edir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir