ABŞ Türkiyədə keçiriləcək prezident seçkisinə müdaxilə etməyə çalışır.
Bu barədə fikri Türkiyənin daxili işlər naziri Süleyman Soylu səsləndirib.
Onun sözlərinə görə, ABŞ-nin seçkiyə müdaxilə etmək planları güclənir, bu səbəbdən də ABŞ planını həyata keçirmək üçün Qərb mətbuatının seçkiyə müdaxiləsi var.
“Qərb 1960-cı ildən sonra sistemimizə daxil olub, lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün bu Qərb sızmalarını aradan qaldırdı”, – deyə o bildirib.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Mənbə: Milliyet
www.102info.az