Azərbaycanlı futbolçu “Şalke”ni digər Almaniya klubuna dəyişdi

Dünya


Azərbaycanlı futbolçu Rüfət Dadaşov Almaniyada klubunu dəyişib.

31 yaşlı hücumçu “Şalke-2”dən “Berlin “Dinamo”suna keçib. Məlumatı paytaxt təmsilçisinin rəsmi saytı yayıb.

Almaniyanın Şimal-Şərq Regional Liqasında çıxış edən klub forvardla imzalanan müqavilənin detallarını açıqlamayıb.

Azərbaycan millisinin sabiq üzvü 2017-2018 mövsümündə də “Dinamo”da çıxış edib və 29 oyuna 29 qolla komandanın bombardiri olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir