Braziliya Prezidenti Luis İnasiu Lula da Silva növbəti dəfə Ukrayna və Rusiya arasında sülh danışıqlarında vasitəçilik etmək istədiyini açıqlayıb.
O, Yaponiyada keçiriləcək G7 sammitində bu məsələni müzakirə etmək niyyətindədir.
Braziliya lideri Niderlandın baş naziri ilə görüşü zamanı deyib ki, Ukraynada sülh danışıqlar yolu ilə əldə edilə bilər. Onun fikrincə, Braziliya “qızıl orta”nı tapmağa kömək edə bilər.
Ukrayna faktiki olaraq ərazisinin işğalı ilə barışa bilmir və müqavimət göstərməlidir. Avropa İttifaqı öz qərarında haqlıdır (Ukraynaya dəstək vermək barədə – red.). Braziliya və digər ölkələr isə “qızıl orta”nın tapılması istəyində haqlıdırlar. Məncə, bu mümkündür. Əgər mən bunun qeyri-mümkün olduğunu düşünsəydim, öhdəmə götürməzdim”, – deyə Lula da Silva qeyd edib.
O bildirib ki, artıq Çin, Böyük Britaniya və Niderland liderləri ilə Ukrayna müharibəsinin nizamlanması üzrə müzakirələr aparıb.
Mənbə: RBC-Ukraina
www.102info.az