Azərbaycanın iki paralimpiyaçısı İtaliyanın Cesolo şəhərində keçiriləcək Qran-pri yarışında iştirak edəcək.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, atletika üzrə paralimpiya çempionları Orxan Aslanov və Lamiyə Vəliyeva turnirdə mübarizə aparacaqlar.
Onlar bu gün start götürəcək Qran-priyə qatılmaq üçün İtaliyaya yollanıblar. Turnir mayın 15-dək davam edəcək.
Qeyd edək ki, Qran-pri bu ilin iyulunda Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatına lisenziya qazandırır.
www.102info.az