Slovakiya prezidenti və ailə üzvləri təhdid ediliblər

Dünya


Slovakiya Prezidenti Zuzana Çaputova və onun ailə üzvlərinə qarşı təhdidlərə görə təhlükəsizlik tədbirləri gücləndirilib.

Yaxın günlərdə ikinci beşillik prezidentlik müddətinə yenidən seçilmək istəyib-istəməyəcəyi ilə bağlı qərarını açıqlamalı olan Çaputova içində güllələr olan, təhqir və təhdid mesajları alıb.

Bundan əlavə, onun Bratislava yaxınlığındakı Pezinok şəhərindəki evinə bomba qoyulması ilə bağlı anonim məlumatlar daxil olub.

49 yaşlı dövlət başçısı və onun 19 və 22 yaşlı qızlarına qarşı ölüm təhdidləri gəlib. Polis vəziyyəti fəal şəkildə araşdırır və prezidentə hədə-qorxu gələn şəxsləri axtarır. Hələlik heç bir ittiham irəli sürülməyib.

Slovakiyada hökumət böhranı ötən ilin dekabrında Baş nazir Eduard Hegerin sağ mərkəzçi hökumətinə etimadsızlıq səsverməsindən sonra güclənib.

Mənbə: Sme.sk

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir