Almaniyada naməlum şəxs “Mercedes-Benz” zavodunu atəşə tutub.
İnsident Zindelfinqen şəhərində (Baden-Vürtemberq əyaləti) yerləşən “Mercedes-Benz” zavodunda baş verib.
İlkin məlumata görə, atışma nəticəsində bir nəfər ölüb. Daha bir nəfər yaralanıb. Onun vəziyyəti barədə məlumat verilmir. Hadisənin nədən baş verdiyi məlum deyil.
“Vəziyyət nəzarət altındadır”, – deyə Lüdviqsburq Polis Departamentinin sözçüsü bildirib.
Məlumata görə, hadisəni törədən 53 yaşlı kişi saxlanılıb. Polis ehtimal edir ki, o, təkbaşına və heç bir şəriki olmadan hərəkət edib.

Mənbə: www.sueddeutsche.de
www.102info.az