ABŞ Gürcüstana xəbərdarlıq etdi

Dünya


Gürcüstan hava limanlarında fəaliyyət göstərən şirkətlər Rusiya təyyarələrinə xidmət edərsə, sanksiyalara məruz qala bilərlər.

Bunu cümə axşamı keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib.

“Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar bərpa olunarsa, biz təbii ki, Gürcüstanın hava limanlarında olan şirkətlərin sanksiyalar riski ilə üzləşə biləcəyindən narahatıq”, – o bildirib.

O, əlavə edib ki, birbaşa uçuşlar bərpa olunarsa, bu, Gürcüstan hava limanlarında fəaliyyət göstərən şirkətləri daha çox narahat etməlidir.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir