İzmirdə atışma: 5 ölü, 2 yaralı – FOTO

Dünya


İzmirin Menderes rayonunda baş verən silahlı insident nəticəsində 5 nəfər həyatını itirib, daha 2 nəfər isə yaralanıb.

Hadisə axşam saatlarında rayon ərazisindəki kafedə baş verib.

Əldə edilən məlumata görə, aralarında borc problemi olan iki qrup söhbət etmək üçün bir araya gəlib. Aralarındakı mübahisə silahlı toqquşmaya çevrilib.

Əraziyə çox sayda polis və təcili yardım gəlib.

Davada xəsarət alan şəxslər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.

Mənbə: İHA

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir