Adanada magistral yolda kütləvi qəza baş verib.
13 avtomobilin iştirakı ilə zəncirvari qəzada 7 nəfər həlak olub, daha 7 nəfər yaralanıb.
Qəza Adana-Ankara magistral yolunun Akçetekir məhəlləsi istiqamətində baş verib.
Akçetekir-Pozantı istiqamətində gedən iki avtomobilin toqquşması ilə başlayan qəzada 2 polis, 4 minik, 2 yük maşını da iştirak edib.
Hadisə yerinə Mersin və Adanadan çox sayda təcili yardım, polis və yanğınsöndürənlər göndərilib. Yaralılar bölgəyə sövq edilən təcili yardımlarla Adana və Pozantıdakı xəstəxanalara çatdırılıblar.
Hadisə ilə əlaqədar yolun bağlandığı, polis və xilasetmə qruplarının işlərini davam etdirdiyi bildirilib.
Mənbə: Haber Global
www.102info.az