Elçin İbadov: “SOCAR Türkiyə”nin istehsal müəssisələrində karbon tullantıları sıfıra çatdıracaq”

Dünya


“SOCAR-ın məqsədlərinə görə, rəqəmsallaşma biznesi fərqli metodla, müasir texnoloji vasitələrin, hətta dronların köməyi ilə inkişaf etdirməkdir”.

Oxu.Az xəbər verir ki, bu sözləri “SOCAR Türkiyə”nin baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov deyib. O qeyd edib ki, rəqəmsallaşma “SOCAR Türkiyə” üçün ən vacib hədəfdir:

“Ona görə, “SOCAR Türkiyə” bu ölkənin 500 ən böyük şirkəti siyahısında yüksək mükafatlara layiq görülüb.

Biz, həmçinin son illərdən etibarən yaşıl maliyyələşməyə yönəlmişik. İstehsal prosesi zamanı karbon tullantılarının minimuma endirilməsi məqsəd qoyulub.

2050-ci ildə “SOCAR Türkiyə”nin istehsal müəssisələrində karbon tullantıları sıfıra çatdırılacaq”.

Aysel Aslan

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir