“Qalatasaray” beş futbolçu ilə yollarını ayırır

Dünya


“Qalatasaray” mövsümün sonunda beş futbolçu ilə yollarını ayıracaq.

İstanbul təmsilçisi qapıçı Okan Kocuk, müdafiəçilər Sam Adekuqbe və Emre Taşdemir, yarımmüdafiəçi Xuan Mata və hücumçu Bafetimbi Qomisə yeni müqavilə təklif etməyəcək. Mataya məşqçilər korpusuna qatılmaq təklif olunacaq.

“Qalatasaray” icarə əsasında komandada çıxış edən Mauro İkardi və Milot Raşitsa ilə bağlı qərarı mövsümün yekununa görə verəcək. Komanda çempion olsa, onların transferi üçün danışıqlar başlanacaq.

31 matçda 73 xal toplayan “Qalatasaray” Super Liqanın lideridir. Okan Burukun komandası ən yaxın izləyicisi “Fənərbağça”nı 5 xal üstələyir.

Mənbə: Habertürk

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir