İranın Xuzistan əyalətində “Toseeye Cənub” qəzetinin baş redaktoru Əkbər Limonçu güllələnərək öldürülüb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, İzə şəhərinin Salman Farsi küçəsində yerləşən kafedə baş redaktora silahlı şəxs hücum edib. Əkbər Limonçu və onunla bir yerdə olan bir neçə nəfər güllələnib.
Baş redaktor xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların müalicəsi xəstəxanada davam etdirilir.
İran Polis Komandanlığının İnformasiya Mərkəzinin rəhbəri Səməd Abbasi hadisənin baş verdiyini təsdiqləsə də, təfərrüatı barədə açıqlama verməyib.
O, silahlı hücumun araşdırıldığını və qatilin tutulması istiqamətində tədbirlər görüldüyünü bildirib.
www.102info.az