Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçki kampaniyasını şənbə günü axşam İstanbuldakı Ayasofya məscidində qılınan namaz ilə başa vurub.
Burada minlərlə dindar iştirak edib.
Dövlət başçısının seçkilərdəki əsas rəqibi Kamal Kılıçdaroğlu isə seçki kampaniyasını Ankarada Türkiyə Cümhuriyyətinin qurucusu Kamal Atatürkün məqbərəsini ziyarət etməklə yekunlaşdırıb.
Qeyd edək ki, mayın 14-də bazar günü keçiriləcək prezident və parlament seçkilərində Ərdoğan İstanbulda, Kılıçdaroğlu isə Ankarada səs verəcək.
Mənbə: Milliyet
www.102info.az