Keniyada axtarış xidmətləri aclıqdan ölən “Xoş Xəbər” Beynəlxalq Kilsə sektasının qurbanlarının daha 22 cəsədini tapıb.
Keniyanın Malindi bölgəsi üzrə hökumət sözçüsü bildirib ki, pastor Pol MakKenzinin başçılıq etdiyi dini cərəyanın ölən davamçılarının yeni cəsədləri mayın 13-ü şənbə günü eksqumasiya edilib. Beləliklə, təriqət qurbanlarının ümumi sayı 201 nəfərə çatıb.
Hazırda keşişin özü də daxil olmaqla, 26 nəfər kütləvi qətl ittihamı ilə dəmir barmaqlıqlar arxasındadır.
Xatırladaq ki, MakKenzi ölənləri bu yolla İsa Məsihi görə biləcəklərilə aldadıb.


Mənbə: lenta.ru
www.102info.az