Taylandda parlament seçkiləri keçirilib

Dünya


Taylandda son dörd ildə ilk parlament seçkilərində səsvermə rəsmi olaraq bazar günü başa çatıb.

Seçki komitəsinin sədri İttifon Bunprakonqun jurnalistlərə verdiyi məlumata görə, səslərin hesablanmasının ilkin nəticələri axşam saatlarında məlum olacaq. Yekun nəticələr isə seçkidən sonra 60 gün ərzində açıqlanacaq.

Siyasi analitiklər qələbəyə üç əsas partiyanı namizəd göstərirlər. Onların fikrincə səslərin çoxu “Taylar üçün”, “İrəli Hərəkatı” və “Birləşmiş Tayland Milləti” partiyaları arasında bölünəcək.

Qeyd edək ki, 66,09 milyon əhalisi olan Taylandda 52,2 milyon nəfərin səsvermə hüququ var.

Mənbə: rg.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir