Serbiya Prezidenti Aleksandar Vuçiç bazar günü hakim Serb Tərəqqi Partiyasının (SPP) rəhbəri postunu tezliklə tərk edəcəyini bildirib.
Mətbuat konfransında danışan Vuçiç qərarını mayın 26-da partiyanın Belqraddakı mitinqində izah edəcəyinə vəd edib.
Serbiya prezidentinin sözlərinə görə, bu partiya qurultayı “Serbiya tarixində ən böyük qurultay” olacaq.
O, həmçinin böyük ictimai etirazlara görə növbədənkənar ümumi seçkilərin keçiriləcəyini istisna etməyib. Dövlət başçısı qeyd edib ki, parlament seçkilərində səsvermə “sentyabrdan gec olmayaraq” keçiriləcək.
Mənbə: İnterfax
www.102info.az