“Twitter”in yeni baş direktoru Linda Yakkarino ilk “tweet”lərini atıb.
Altı həftə sonra vəzifəsinin icrasına başlayacaq Yakkarino özünü “Twitter”in gələcəyinə həsr edəcəyini bildirib.
Yakkarino İlon Maskın daha əvvəl elan etdiyi “Twitter” 2.0 tətbiqinə həyat verəcək və şəbəkənin inkişafına dəstək olacaq.
“Birlikdə “Twitter” 2.0-ı yaratmaqdan həyəcan duyuram. Uzun müddətdir ki, Maskın daha parlaq gələcək yaratmaq fikirlərindən ilham alıram. Mən bu ideyaları “Twitter”də gerçəkləşdirməkdən və birlikdə bu işi reallaşdırmaqdan məmnunam”, – deyə o qeyd edib.
Yakkarino həmçinin yeni izləyicilər haqqında da danışıb.
“Hələ İlon Mask qədər məhsuldar deyiləm, amma özümü bu platformanın gələcəyinə həsr edəcəyəm”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Yakkarino bu sahədə ən güclü mütəxəssislərdən biri hesab olunur.

Mənbə: Haber Global
www.102info.az