Bir neçə nazir deputat seçildi: Mövlud Çavuşoğlu və Hulusi Akar da parlamentari oldular

Dünya


Türkiyədə Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən “Cümhur İttifaqı” parlamentdə 316 millət vəkili ilə təmsil olunacaq.

“Cümhur İttifaqı”nı Türkiyə parlamentində təmsil edəcək siyasətçilər arasında xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akar da var.

Türkiyə parlamentində təmsil olunacaq digər tanınmış şəxs vitse-prezident Fuat Oktaydır.

Eyni zamanda, Türkiyənin daxili işlər naziri Süleyman Soylu, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, əmək və sosial müdafiə naziri Vedat Bilgin də deputat seçiliblər.

Mənbə: Trthaber

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir