Baş məşqçi “Neftçi”ni Rumıniya klubuna dəyişə bilər

Dünya


“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın adı yenidən Rumıniyanın “Universitatya Krayova” klubu ilə hallanır.

Məlumata görə, 48 yaşlı mütəxəssis sözügedən klubla danışıqlar aparır.

Komanda UEFA Konfrans Liqasına vəsiqə qazana bilməsə, rəhbərlik hazırkı baş məşqçi Eugen Neago ilə vidalaşacaq. Rumıniya təmsilçisinin maliyyə dəstəkçisi Mihai Rotaru Regekampfı bu posta gətirmək niyyətindədir.

Rumıniyalı mütəxəssisin “Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. O, “ağ-qaralar”a keçməzdən əvvəl 2021/2022 mövsümündə “Universitatya Krayova”nın sükanı arxasında olub.

Mənbə: prosport.ro

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir