İranda qar uçqunu: 18 nəfər xəsarət alıb

Dünya


İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan əyalətində qar uçqunu nəticəsində azı 19 nəfər xəsarət alıb.

Bu barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Bildirilir ki, hadisə bazar ertəsi səhər saatlarında vilayətin şərqində yerləşən Sərab bölgəsində baş verib.

Xilasedicilər sürətlə uçqun baş verən əraziyə gəlib və insanların axtarışına başlayıblar. Bütün zərərçəkənlər qar altından çıxarılıb.

Təbii fəlakət nəticəsində insan itkisi barədə məlumat verilməyib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir