Rusiya hərbi qüvvələrinin Ukraynanın Xmelnitski şəhərində yerləşən hərbi anbarına hücum zərbələrindən sonra bölgədə radiasiya səviyyəsində artım müşahidə olunub.
Belə ki, zərbələr endirilən hərbi anbarda seyrəldilmiş uran tərkibli döyüş sursatlarının saxlanıldığı ehtimal olunur.
Hadisədən sonra yaşayış məntəqəsi ərazisində radiasiyanın 80-100 nanozivertdən 140-160 nanozivertə qədər yüksəldiyi qeydə alınıb.
Məlumatə görə, Xmelnitskinin küçələrində radiasiya, kimyəvi və bioloji təhlükədən müdafiə üzrə dozimetrik patrullar peyda olub.
Mənbə: MK.ru
www.102info.az