Voleybol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi PAOK-a da rəhbərlik edəcək

Dünya


Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ataman Güneyligil Yunanıstanın PAOK klubuna da rəhbərlik edəcək.

“Report” xəbər verir ki, türkiyəli mütəxəssis eyni anda iki komandanın sükanı arxasında fəaliyyət göstərəcək.

Qeyd edək ki, son klubu “Qalatasaray” olan Ataman Güneyligil ölkəsinin U-20 və U-23 yığmalarına da başçılıq edib.

www.102info.az

Spread the love