Rusiyalı keçmiş diplomatın oğlu Moskvada qətl törətdi – FOTO

Dünya


Rusiya paytaxtı Moskvada keçmiş diplomatın oğlu 22 yaşlı qızı öldürüb.

Bu barədə 112 “Telegram” kanalı məlumat verib.

Öldürülən Anastasiya adlı qız və 32 yaşlı Aleksandr Berezyuk arasında mübahisə yaranıb. Bu zaman Aleksandr bıçaqla qıza xəsarətlər yetirib. Anastasiya qanlar içində anasının mənzilində tapılıb.

O, boynundan, çiynindən və sağ gicgah hissədən bıçaq zərbələri alıb. Həkimlər qızın həyatını xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Anastasiya onların qollarında can verib.

Qətldə şübhəli bilinən şəxs saxlanılıb, hadisə ilə bağlı istintaq başlanılıb.

Məlumata görə, saxlanılan şəxs Rusiyanın Pakistandakı səfir müşavirinin keçmiş məsləhətçisinin oğludur.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir