Azərbaycan klublarının 2023/24 mövsümündə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində yer alacaqları səbətlər müəyyənləşib.
Oxu.Az xəbər verir ki, “Neftçi” güclülərin yer aldığı səpələnmişlər səbətində yer alacaq. İlk dəfə avrokuboklarda çıxış edəcək “Sabah”, eləcə də ölkə kubokunun sahibi, yaxud Premyer Liqada 4-cü yeri tutacaq komanda isə səpələnməmişlər sırasında olacaqlar.
Ümumilikdə II təsnifat mərhələsində 90 komandanın iştirakı ilə 45 cütlük formalaşacaq. Hazırda 21 komandanın iştirakı dəqiqləşib. Onlardan 12-si güclülər, 8-i zəiflər sırasındadır. Yalnız bir komandanın səbəti dəqiqləşməyib.
UEFA Avropa Konfrans Liqası
II təsnifat mərhələsi
Səpələnmişlər: “Brügge” (Belçika), “Makkabi” (Təl-Əviv, İsrail), “Viktoriya” (Plzen, Çexiya), “Budyo-Qlimt” (Norveç), “Lex”, “Legiya” (hər ikisi Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqorden” (İsveç), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan);
Səpələnməmişlər: “Hammarbü” (İsveç), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq” (Macarıstan), “Sabah” (Azərbaycan), “Ordabasi”, “Aktobe” (hər ikisi Qazaxıstan), “Auda” (Latviya);
Qeyri-müəyyən: “Aris” (Yunanıstan).
Faiq Tahirov
www.102info.az