ABŞ Maliyyə Nazirliyi ölkədə müvəqqəti defolt tarixini açıqladı

Dünya


ABŞ Maliyyə naziri Canet Yellen ölkənin iyunun 1-də defolt ola biləcəyini təsdiqləyib.

Bu barədə nazirin ABŞ Konqresinin üzvlərinə ünvanladığı məktubda bildirilib.

“Maliyyə Nazirliyi, çox güman ki, iyunun əvvəlində və potensial olaraq iyunun 1-də artıq bütün hökumət öhdəlikləri üçün cavab verə bilməyəcək”, – deyə sənəddə vurğulanıb.

Yellen, həmçinin ABŞ-nin kredit qabiliyyətini qorumaq üçün millət vəkillərini milli borc tavanını dərhal qaldırmağa çağırıb.

Bundan əvvəl Ağ Evin rəhbəri Co Bayden ABŞ-də defolt halında bütün dünya üçün problemlər olacağını proqnozlaşdırmışdı. Eyni zamanda, o, respublikaçıların bu böhrana görə məsuliyyət daşıdığını bildirdi.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir