Aİ-dən Türkiyədəki prezident seçkisi ilə bağlı birgə bəyanat

Dünya


Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel və Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Türkiyədə prezident seçkisinin ikinci turu ilə bağlı birgə açıqlama verib.

Sənəddə mayın 14-də keçirilən prezident və parlament seçkilərində yüksək fəallığın olmasından məmnunluq ifadə edilib və bunun türk xalqının səsvermə yolu ilə demokratik hüququndan istifadə etmək iradəsinin bariz göstəricisi olduğu vurğulanıb.

“Aİ tərəflərin ədalətli və bərabər şəraitə malik olduğu şəffaf, əhatəli və etibarlı seçkilərə böyük əhəmiyyət verir”, – deyə birgə açıqlamada qeyd edilib.

Mənbə: Dw.com

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir