Almaniyanın keçmiş federal kansleri Gerhard Şröderin həyat yoldaşı So Yon Kim-Şröder mayın 9-da Rusiya səfirliyinə baş çəkdikdən sonra “NRW.Global Business”dən qovulub.
Şirkət nümayəndələrinin sözlərinə görə, onlar siyasi cəhətdən həssas mövzularda, o cümlədən Ukraynada xüsusi əməliyyat barədə açıqlamaların qadağan edilməsi ilə dəfələrlə Kim-Şröderə xəbərdarlıq ediblər.
Qeyd edilir ki, alman siyasətçinin həyat yoldaşı “NRW.Global Business”in Cənubi Koreyada nümayəndəsi kimi işləyib.
Xatırladaq ki, mayın 9-da Rusiyanın Almaniyadakı səfirliyində II Dünya müharibəsində Qələbənin 78-ci ildönümü münasibətilə təntənəli qəbul təşkil olunub.
Mənbə: MK.ru
www.102info.az