Almaniya hökuməti Çindən Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən gizli polis idarələrini bağlamasını tələb edib.
Almaniyada Çin hakimiyyətinin xaricdəki çinlilərə nəzarət etmək və onları qorxutmaq üçün istifadə etdiyi azı iki mobil polis məntəqəsi var.
Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Maksimilian Kall bildirib ki, bu məntəqələrin fəaliyyəti yerli hakimiyyət orqanları tərəfindən ciddi nəzarətdədir.
Mənbə: Bloomberg
www.102info.az