Yüngül çəkidə UFC çempionu Leon Edvards futbol matçında iştirak edəcək.
Britaniyalı döyüşçü xeyriyyə oyununda keçmiş ulduzlardan ibarət dünya yığmasının qapıçısı olacaq. O, veteranlardan ibarət İngiltərə yığmasına qarşı mübarizə aparacaq. Edvards ikinci qapıçı kimi dəvət olunub. Əsas qolkiper isə Ben Forster olacaq. Komandada Françesko Totti, Roberto Karlos kimi ötənlərin ulduz futbolçuları, boksçu Tommi Föri, məşhur sprinter Useyn Bolt və başqaları yer alacaqlar.
İyulda keçirilməsi planlaşdırılan qarşılaşmadan toplanacaq bütün vəsait UNICEF-ə göndəriləcək.
Qeyd edək ki, Leon Edvards karyerası ərzində 24 döyüş keçirib və onların 21-də qələbə qazanıb.
Mənbə: mmanews.com
www.102info.az