Türkiyə Super Liqasında XXIV turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, lider “Qalatasaray” “İstanbulspor”un qonağı olub.
Okan Burukun komandası səfərdə “quru” hesabla qalib gəlib – 2:0. Hər iki qolu Mauro İkardi vurub. O, 45+11 və 89-cu dəqiqələrdə fərqlənib. 75-ci dəqiqədə isə Nikolo Zaniolo qırmızı vərəqə ilə cəzalandırılıb və komandasını azlıqda qoyub.
Keçirdiyi 32 oyunda 76 xal toplayan “Qalatasaray” vahid liderdir. Komanda bir matç artıq keçirdiyi ən yaxın izləyicisi “Fənərbağça”da 8 xal öndədir.
www.102info.az