Liviya parlamenti baş nazirə qarşı etimadsızlıq votumu irəli sürdü

Dünya


Liviyanın Nümayəndələr Palatası baş nazir Fəthi Başağaya qarşı etimadsızlıq votumu irəli sürüb.

Bildirilir ki, tezliklə parlament Liviya hökumətinin başçısına qarşı təhqiqata başlamağı planlaşdırır.

Məlumdur ki, Başağa artıq səlahiyyətləri öz müavini Əli əl-Qətraniyə verib və bununla bağlı sərəncamı Nümayəndələr Palatasına göndərib.

Siyasətçiyə qarşı irəli sürülən iddialar və etimadsızlıq votumuna nəyin səbəb olduğu barədə təfərrüat açıqlanmır.

Mənbə: Al-Arabiya

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir