Ən təhlükəli vitaminlər açıqlandı

Dünya


Moskva Dövlət Universitetinin Elmi-Tədris Mərkəzinin endokrinoloqu, tibb elmləri namizədi Zuxra Pavlova yağda həll olunan vitaminləri ən təhlükəli adlandırıb.

Mütəxəssisin sözlərinə görə, yağda həll olunan vitaminlər sırasına D, E, A və K vitaminləri daxildir. Onlar həddindən artıq istehlak edilərsə, piy toxumasında çökərək orqanizmə ziyan vurur.

Bundan əlavə, A vitamininin böyük miqdarda qəbulu ilə dəri narıncı rəng ala bilər. K vitamininin həddindən artıq dozası qaraciyər və beyin problemlərinə, qırmızı qan hüceyrələrinin parçalanmasına və tərləmənin artmasına səbəb ola bilər.

B6 vitamininin artıqlığı da bədən üçün təhlükəlidir və sinir sisteminin pozulmasına səbəb ola bilər. B12 vitaminindən sui-istifadə isə tromboz, ürək çatışmazlığı və ağciyər iltihabı riskini artırır.

Eyni zamanda, həkimin sözlərinə görə, suda həll olunan vitaminlər insanlar üçün ən təhlükəsizdir. Onların artıq miqdarı bədəndən tez xaric olur. Bununla belə, burada da bəzi nüanslar var. Məsələn, C vitamininin həddindən artıq dozası  böyrək daşlarının yaranmasına səbəb ola bilər.

Mənbə: moslenta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir