Nigeriyada ABŞ səfirliyinin əməkdaşlarına silahlı hücum olub: Ölənlər və yaralananlar var – FOTO

Dünya


Nigeriyanın cənub-şərqindəki Anambra əyalətində ABŞ səfirliyinin əməkdaşlarına silahlı hücum olub. 

Humanitar yardım məqsədilə Anambra əyalətində olan ABŞ səfirliyinin əməkdaşları Oqbaru bölgəsində hücuma məruz qalıblar.

İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər həyatını itirib, çoxlu sayda yaralı var. Bölgəyə təhlükəsizlik qüvvələri göndərilib.

Həmçinin ABŞ-nin Abuca səfirliyindən verilən açıqlamada bildirilib ki, hadisənin tam şəkildə araşdırılması üçün səfirliyin işçiləri Nigeriya təhlükəsizlik rəsmiləri ilə əməkdaşlıq edirlər. 

Mənbə: TRT Haber

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir