Avropa İttifaqı (Aİ) Şurası Avropa Parlamentinə (AP) seçkinin 6-9 iyun 2024-cü il tarixlərində keçirilməsini təsdiqləyib.
Aİ-nin dövr sədrliyini icra edən İsveç bununla bağlı konsensusa gəldiyini açıqlayıb.
AP Prezidenti Roberta Metsola da seçki tarixini təsdiqləyən və Aİ vətəndaşlarını gələn il keçiriləcək seçkidə səs verməyə çağıran videomüraciət yayımlayıb:
“Dünya dəyişir və biz də onunla dəyişməliyik. Başqalarının sizin yerinizə seçim etməsinə icazə verməyin. Səs verin”.
Avropa Şurasına və İttifaqın qanunverici orqanı olan və Aİ büdcəsini təsdiq edən Avropa Parlamentinə daxil olacaq 705 deputatı müəyyən etmək üçün hər 5 ildən bir seçki keçirilir. Sonuncu seçki 2019-cu ilin mayında keçirilib.
Parlament seçkisi ilə Aİ Komissiyası və Avropa Şurasının prezidentləri də dəyişəcək.
Mənbə: Anadolu
www.102info.az