İbrahim Kalından Fransız nəşrinin qalmaqallı paylaşımına sərt reaksiya: “28 mayda cavabınız veriləcək”- FOTO

Dünya


“Mayın 28-də millətimiz sənə ən yaxşı cavabı verəcək”.

Bu sözləri Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

İbrahim Kalın Fransanın “Charlie Hebdo” nəşrinin qalmaqallı üz qabığına sərt reaksiya verib.

O, nəşrin üz qabığında dərc olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı paylaşımı kəskin tənqid edib.

Prezidentin mətbuat katibi bu barədə “Twitter” hesabında paylaşım edib.

“Charlie Hebdo” bu qədər özündən çıxdığına görə… deməli, doğru yoldayıq. Şər qüvvələr bəzən belə olur. Yaxşılara yol göstərir. Narahat olma “Charlie Hebdo”, millətimiz sənə ən yaxşı cavabı, həm də daha yüksək bir səslə mayın 28-də verəcək”, – deyə Kalın qeyd edib.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir