Almaniya polisi Türkiyənin “Sabah” nəşrinin ofisində axtarışlar aparıb

Dünya


Almaniya polisi Türkiyənin “Sabah” nəşrinin Frankfurt şəhərində yerləşən ofisində qəfil yoxlama aparıb.  

Axtarış nəticəsində qəzetin İsmail Erel adlı əməkdaşı və “Sabah” qəzetini direktoru Cəmil Albayı saxlanılıblar.

Bundan başqa, redaksiyanın kompüterləri və telefonları müsadirə edilib.

Hələlik Almaniyanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı heç bir açıqlama yaymayıblar.

İnsidentlə bağlı Türkiyənin Almaniyada yerləşən səfirliyi və bir sıra Avropa ölkələrinin diplomatik nümayəndələri açıqlama yayaraq azad mətbuata qarşı həyata keçirilən əməliyyatdan narahat olduqlarını bəyan ediblər.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir