Rusiya Finlandiyanın diplomatik nümayəndəliklərinin hesablarını dondurdu

Dünya


Rusiya Finlandiyanın bu ölkədəki diplomatik nümayəndəliklərinin hesablarını dondurub.

Bu barədə Finlandiya Xarici İşlər Nazirliyi bildirib. 

Bununla bağlı ilk olaraq “Helsingin Sanomat” nəşrində xəbər dərc olunub. Bildirilib ki, Finlandiya Xarici İşlər Nazirliyi hesabların dondurulması ilə bağlı məlumatı təsdiq edib. Moskvadakı səfirliklə yanaşı, Finlandiyanın Sankt-Peterburqda baş konsulluğu da fəaliyyət göstərir.

Finlandiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu məsələ ilə bağlı Rusiya hakimiyyət orqanları ilə əlaqə saxlanılıb.

“Vəziyyət ciddidir və iş araşdırılır”, – deyə XİN-dən qeyd edilib.

Mənbə: Yevropeyskaya pravda

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir