“Sabah” qəzetinin Frankfurt bürosunun nümayəndələri Almaniya polisi tərəfindən saxlanılıb. Məsələ ilə bağlı Almaniyanın Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Məlumata görə, jurnalistlər dindirildikdən sonra sərbəst buraxılıblar.
“Sabah” qəzetinin Frankfurt bürosu nümayəndələrinin bu gün alman polisi tərəfindən əsassız olaraq saxlanması Türkiyə mətbuatına qarşı təqib və hədə-qorxu aktıdır. Biz bu mənfur hərəkəti şiddətlə qınayırıq. Prezident və parlament seçkilərindən dərhal sonra Almaniya hakimiyyətinin yuxarıda adı çəkilən mətbuat nümayəndələrini hətta ifadə verməyə dəvət etmədən birbaşa həbs etməsini düşünülmüş hərəkət hesab edirik.
Bütün dünyaya mətbuat və ifadə azadlığını öyrədən Almaniyanın azad mətbuata qarşı hərəkəti onun ikili standartlı yanaşmasını ortaya qoyur. Məsələ ilə bağlı Almaniyada lazımi təşəbbüslər edilib və bu gün Nazirliyimizə çağırılan Almaniyanın Ankaradakı səfirinə sərt reaksiyamız çatdırılıb”, – XİN-dən bildirilib.
Mənbə: Haber Global
www.102info.az