“Rusiyada sahibsiz itlərə müxtəlif bacarıqlar öyrədilməli və Ukraynaya qarşı müharibəyə göndərilməlidir”.
Belə bir təşəbbüslə rusiyalı deputat Fedot Tumusov Dövlət Dumasının iclası zamanı çıxış edib.
Sahibsiz heyvanlarla rəftar qaydalarına dair qanun layihəsinin müzakirəsi zamanı Rusiyada çoxlu kinoluqların olduğunu deyən deputat təklif irəli sürüb ki, itlərə hər cür müxtəlif bacarıqlar öyrədilməlidir.
“Kinoloqlar iri və aqressiv itləri öyrədib müharibə zonasına göndərə bilərlər. Qoy itlər yaralıları çıxarmağa kömək etsinlər, minaların təmizlənməsində iştirak etsinlər. Böyük Vətən müharibəsi təcrübəsi göstərir ki, onlar başqa işlərdə də iştirak edə bilərlər”, – deyə deputat qeyd edib.
Maraqlıdır ki, rusiyalı deputatlar ilk dəfə deyil belə bir təşəbbüslə çıxış edirlər. Belə ki, dekabrda Rusiya Federasiyası Kommunist Partiyasından olan deputat müharibədə sahibsiz itlərdən tank əleyhinə silah kimi istifadə etməyi təklif edib.
Mənbə: UNİAN
www.102info.az