Fransa Senatı Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıdı – FOTO

Dünya


Fransa Senatı (parlamentin yuxarı palatası) 1932-1933-cü illər Qolodomorunun ukraynalıların soyqırımı kimi tanınmasını dəstəkləyib.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter” səhifəsində yazıb.

“Fransa Senatı indicə 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıdı. Mən ədaləti bərpa edən və milyonlarla qurbanın xatirəsini ehtiramla yad edən bu tarixi səsverməyə görə fransız senatorlarına minnətdaram”, – Kuleba bildirib.

Xarici işlər naziri qeyd edib ki, belə cinayətlər heç vaxt təkrarlanmamalı və heç vaxt unudulmamalıdır.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir