Çin vətəndaşı İrana silah ötürülməsində ittiham olunub – FOTO

Dünya


ABŞ-nin Ədliyyə Nazirliyi Çin vətəndaşı Şancianq Kiaonu İrana silah ötürmədə ittiham edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

O, habelə İrana qarşı embarqoları aşmağa köməklik, bank fırıldaqçılığı, çirkli pulların yuyulması və İranın hərbi sənayesində istifadə olunan maddələrin çatdırılmasında günahlandırılır.

Kiano Çində yerləşən qrafit və karbon istehsalçısı “Sinotech Dalian” Cəmiyyətində işləyir.

Sözügedən şəxs həmin müəssisənin hərbi təchizatın istehsalı üçün hissələrin alınmasında İrana yardım etdiyinə görə 2014-cü ildə ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyalar siyahısına salınıb.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir