Ekzoplanet aşkar edildi

Dünya


Astronomlar Günəş sistemindən kənarda vulkanik olaraq aktiv olduğu güman edilən Yer ölçüsündə bir planet kəşf ediblər.

Bu barədə NASA məlumat yayıb.

LP 791-18 d planeti Yerdən təqribən 90 işıq ili uzaqlıqda yerləşir. Mütəxəssislərin fikrincə, bu planet Yerdən yalnız bir qədər böyük və daha ağır kütləlidir.

Qeyd olunur ki, kəşf TESS, “Spitzer” teleskoplarının və bir sıra yerüstü rəsədxanaların məlumatlarının təhlili nəticəsində edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir