İtaliyanın şimalında güclü daşqınlar nəticəsində azı 8 nəfər ölüb, daha bir neçə nəfər itkin düşüb.
Məlumata görə, güclü leysanlar selə səbəb olub. Minlərlə insan evlərini tərk edərək təxliyə olunub.
Bolonya və Modena kimi şəhərlərin yerləşdiyi Emiliya-Romanya bölgəsi daha çox zərər çəkib. Mülki müdafiə naziri Nello Muzumeçinin sözlərinə görə, bəzi ərazilərdə 36 saat ərzində yarımillik yağıntı norması düşüb, 21 çay öz məcrasından çıxıb.
Yerli hakimiyyət yaxın günlərdə güclü yağışların təkrarlana biləcəyi barədə xəbərdarlıq edir.
Qeyd edək ki, yağışlar şiddətli quraqlıqdan sonra başlayıb.
Mənbə: dsnews.ua
www.102info.az