Paşinyanın oğlunu qaçırmaqla əlaqədar saxlanılan qadının polis idarəsində halı pisləşib – VİDEO

Dünya


Nikol Paşinyanın oğlu Aşotu qaçırmaqla əlaqədar polis idarəsində dindirilən qadının halı pisləşib və İrəvandakı xəstəxanalardan birinə aparılıb.

Qayane Akopyan adlı qadının oğlu II Qarabağ müharibəsində ölüb.

Oğlunu müharibədə itirmiş qadın baş nazirin oğlu Aşot Paşinyanın şikayəti əsasında saxlanılıb.

Q.Akopyan “Oğulların çağırışı” ictimai təşkilatının üzvlərindən biridir.

Xatırladaq ki, ötən gün Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edilib. “Oğulların çağırışı” adlı ictimai təşkilatın nümayəndələri Aşot Paşinyanı zorla maşınlarına mindiriblər, amma avtomobilin yolda bir anlıq dayanmasından istifadə edən Aşot Paşinyan maşından düşüb qaçıb, bu zaman isə “Oğulların çağırışı” təşkilatının arxadan gələn digər avtomobili onu vurub. Ayağından yaralanan Aşot Paşinyan faktla bağlı polisə müraciət edib.

Mənbə: Sputnik Ermənistan

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir