Demokratiyanın Şərq lokomotivi: Türkiyənin may imtahanı – VİDEO

Dünya


“Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjet Türkiyədə keçirilən parlament və prezident seçkilərinin təhlilinə həsr olunub.

Müəllif qeyd edir ki, istər seçkilərin birinci turunda qeydə alınan nəticələr, istərsə ölkədəki rəqabət mühiti, istərsə də seçicilərin fəallığı Türkiyədə demokratiyanın və şəffaflığın təzahürü kimi qiymətləndirilməlidir.

“Qərb mətbuatının və siyasi isteblişmentinin Türkiyəni idarə edən hazırkı prezidenti avtoritar, hətta bir qədər də irəli gedərək diktator kimi qələmə verməsinin tamamilə əsassız olduğu ortaya çıxdı. Seçkilər tam demokratik şəraitdə keçirildi. Uydurulmuş diktator mifi Türkiyə demokratiyasının parlaq Günəşi altında əriyib yox oldu”, – müəllif qeyd edir. 

Müəllif həmçinin yüksək seçki mədəniyyəti nümayiş etdirən Türkiyə vətəndaşlarının ölkə və gələcək nəsillər qarşısında daşıdığı məsuliyyətə də xüsusi vurğu edib.

Daha ətraflı “Caliber”in süjetində:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir