Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Parlamentində çıxış etmək üçün Brüsselə buraxılmaya bilər.
“Gürcü arzusu” Partiyasının sədri İrakli Kobaxidzenin sözlərinə görə, hakimiyyət dövlət başçısının bəyanatlarının hökumətin Aİ-yə namizəd statusu qazanmaq səylərinə zərər verəcəyindən ehtiyat edir.
“Əgər hökumət hesab etsə ki, prezidentin səfəri Gürcüstana namizəd statusu almağa kömək etməyəcək, o zaman hökumətin konstitusiya ilə verilmiş tam hüququ var ki, onun səfərinə razılıq verməsin. Yaxşı olar ki, prezidentin böhtan xarakterli bəyanatları üçün geniş arena olmasın”, – Kobaxidze bildirib.
Mənbə: Sputnik Georgia
www.102info.az