UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
Oxu.Az-ın məlumatına görə, ilk finalçı İngiltərənin “Vest Hem” klubu olub.
London təmsilçisi buna Niderlandda “AZ Alkmaar”ı məğlub etməklə (1:0) nail olub. Yeganə qolu 90+4-cü dəqiqədə Pablo Fornals vurub.
İlk görüşdə 2:1 üstün olan ingilislər finala yüksəliblər.
Həlledici oyuna digər vəsiqə İsveçrədə sahibini tapacaq. İtaliyada 2:1 hesabı ilə “Fiorentina”ya qalib gələn “Bazel” ev oyununda eyni hesabla uduzduğundan əlavə vaxta ehtiyac yaranıb.
www.102info.az